Kaxa Kaladze - Tbilisi-Rustavi istiqamətinə Tbilisidə ictimaiyyətə xidmət edən yeni avtobuslar hərəkət edəcək
Kaxa Kaladze - Tbilisi-Rustavi istiqamətinə Tbilisidə ictimaiyyətə xidmət edən yeni avtobuslar hərəkət edəcək

Tbilisinin meri Kaxa Kaladze müavini Maia Bitadze və Nəqliyyatın İkişaf Agentliyinin nümayəndəsinə, Tbilisi və Rustavi arasında avtobus marşrutlarının başlanğıc və son məntəqələrinin və həmçinin, dayanacaqlarının identifikasiyası və işlənilməsi prosesinin başlanmasını tapşırdı.

Bu barədə bəyanatı Kaxa Kaladze bugünki iclasda verdi.

Gün ərzində, Tbilisi və Rustavi istiqamətinə 30 min insan hərəkət edir. Biz düşünürük ki, paytaxt munisipaliteti bu insanların normal nəqliyyat vasitələri ilə yolçuluğunu mütləq təmin etməlidir. Bu məsələ ilə bağlı gənclərdən çox sayda məktub gəlir. Rustavidən Tbilisiyə təhsil almağa gələn çox sayda tələbə var. Müavinim Maia Bitadzeyə tapşırıram ki, bu məsələ tez zamanda həll olunsun və Tbilisi-Rustavi istiqamətinə eyni Tbilisidə hərəkət edən avtobuslar hərəkət etsin” – dedi Kaxa Kaladze.