Kaxa Kaladze taksi islahatına qarşı çıxanlarla görüşməyə hazır olduğunu bildirdi
Kaxa Kaladze taksi islahatına qarşı çıxanlarla görüşməyə hazır olduğunu bildirdi

Paytaxtın meri Kaxa Kaladze sosiyal şəbəkədə yaydığı video-müraciətdə yeni boyanan taksiləri göstərdi və taksi islahatına qarşı çıxan qrupla görüşməyə hazır olduğunu bildirdi.

“Bu istəqamət səhmana salınmalıdır və necə taksiçilər, eləcə də taksi xidmətindən istifadə edənlər üçün məqbul olmalıdır”. Dünən aralarında taksi sürücülərin də olduğu insan qrupu taksi islahatına qarşı etiraz aksiyası keçirirdi. Halbuki, biz dəfələrlə taksi sürücüləri ilə görüşməyə hazır olduğumuzu bildirdik. Etibar etdikləri on nəfərlik qrupu meriyaya göndərsinlər və mən yenə də onlarla görüşməyə hazıram” – dedi Kaladze.

Onun dediyinə görə, taksi islahatının sürücülərə gətirdiyi privilegiyalar haqqında dəfələrlə açıqlamalar verdi.

“Onlar hərhansı vergi ödəməyəcəklər. Taksi sürücüləri üçün şəhərin hər yerində parkinq yerləri olacaq. Onlara pulsuz taksi işıqları və ximyavi təmizlik vauçerləri veriləcək. Bunlarla yanaşı, paytaxt əhalisi daha keyfiyyətli taksi xidmətindən istifadə edəcək” – dedi Kaxa Kaladze.