Kaxa Kaladze - rus nümayəndə heyəti Gürcüstanı tərk edəcək, konfrans bu forma ilə davam edə bilməz və davam etməyəcək
Kaxa Kaladze - rus nümayəndə heyəti Gürcüstanı tərk edəcək, konfrans bu forma ilə davam edə bilməz və davam etməyəcək

Rus nümayəndə heyəti Gürcüstanı tərk edəcək, sözsüz ki, konfrans bu forma ilə davam edə bilməz və davam etməyəcək, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze bəyan etdi. Bəyanatı partiya ofisində, komanda üzvləri ilə verdi.

Kaxa Kaladze Parlamentdə baş verənləri həyacandoğurucu adlandırdı və qeyd etdi ki, rus deleqatın spikerliyi ilə forumun keçirilməsi düzgün deyildi və yolverilməz idi.

“İlk onunla başalamaq istəyirəm ki, Rus nümayəndə heyəti Gürcüstanı tərk edəcək, sözsüz ki, konfrans bu forma ilə davam edə bilməz və davam etməyəcək

Gürcüstan azad xalq və böyük tarixi olan ölkədir. Biz artıq 17 əsrdir ki, pravoslav aləminin üzvüyük.

Gürcüstan assambleyanın artıq 25 ildir ki, üzvüdür. Lakin, rus deleqatın spikerliyi ilə forumun keçirilməsi düzgün deyildi və yolverilməz idi.”, – Kaladze bəyan etdi.

Onun dediyinə görə, Gürcüstan işğal ilə hər gün mübarizə aparır.