Kaxa Kaladze reabilitasiya olunmuş binalardan kondisionerlərin demontaj edilməsini tələb edir [Foto]
Kaxa Kaladze reabilitasiya olunmuş binalardan kondisionerlərin demontaj edilməsini tələb edir [Foto]

“Çox təəsüfləndirici faktır ki, Tbilisinin reabilitasiya edilmiş yerlərində, son zamanlarda, evlərin fasadlarını çirkinləşdirirlər” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxt hökümətinin iclasında verdi.

Onun dediyinə görə, vandalizm faktları da çoxalıb.

Tbilisinin meri iclasda Ağmaşenebeli caddəsində fasadlara verilən ziyanı əks etdirən rəsimləri də təqdim etdi.

Onun dediyinə görə, Marcanişvili prospektinin reabilitasiyasına 30 milyon lari xərcləndi və oranın bugün bu vəziyyətdə olması çox ürək ağrıdıcıdır.

“Təəsüf ki, özümüz tikdiyimizi, elə özümüz də uçururuq, zərər veririk” – dedi Kaxa Kaladze.

Kaxa Kaladze Tbilisinin Nəzarət Xidmətinə tapşırıq verdi ki, hər bir vandalizm faktını qeyd etsin və kimlər tərəfindən edildiyinə diqqət yetirilsin.

“Bütün bunlarla yanaşı, ev sahibləri fasadları çirkinləşdirən kondisiyonerlər montaj ediblər və yaxın günlərdə onların demontajı həyata keçiriləcək” – dedi Kaxa Kaladze.