Kaxa Kaladze - ölkəmizdə ifadə azadlığı yüksək səviyyəyə çıxarılıb, lakin qarmaqarşıqlığın daxil edilməsi arzusu olsa, müvafiq münasibət bildiriləcək
Kaxa Kaladze - ölkəmizdə ifadə azadlığı yüksək səviyyəyə çıxarılıb, lakin qarmaqarşıqlığın daxil edilməsi arzusu olsa, müvafiq münasibət bildiriləcək

Bizim ölkəmizdə ifadə azadlığı yüksək səviyyəyə çıxarılıb, lakin qarmaqarşıqlığın daxil edilməsi arzusu olsa, müvafiq münasibət bildiriləcək, – “Gürcü Arzusunun” baş katibi, paytaxt meri, Kaxa Kaladze bəyan etdi.

“Bir iki kəlmə ilə, məsuliyyəsiz müxalif partiyaların 31 oktyabrda müəyyən aksiyaların keçirilməsi ilə bağlı verdikləri bəyanatlara əks səda vermək istəyirəm. Sözsüz ki, ölkəmizdə ifadə azadlığı maksimal olaraq müdafiə olunubdur və ali səviyyəyə qaldırılıb.

Bütün insanların, bütün siyasi partiyaların, kimində fəqrli fikri varsa, imkanları var ki, müxtəlif forma ilə öz baxışlarını ifadə etsinlər, o cümlədən mitinqlər keçirsinlər.

Lakin bunların hamısı qanun çərçivəsində edilməlidir. Mən bir daha hamıya xəbərdarlıq etmək istəyirəm, əgər qarmaqarşıqlığın daxil edilməsi arzusu olsa, hökumət tərəfindən müvafiq münasibət bildiriləcək”, – Kaxa Kaladze bəyan etdi.