Kaxa Kaladze - müxalifətdə qarşıdurma və fikir ayrılığı var
Kaxa Kaladze - müxalifətdə qarşıdurma və fikir ayrılığı var

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, İsani rayonunda müxalifət tərəfindən hansı namizədin olmasının böyük əhəmiyyəti yoxdur.

Kaladzenin dediyinə görə, “Gürcü Arzusunun” namizədi, Kaxa Kaxişvili alternativsizdir.

“Layiqli namizədimiz var. O, Kaxa Kaxişvilidir və alternativsizdir. Onun İsani əhalisində böyük etimadı və dəstəyi var. Hər cür resursu var ki, seçkilər elə birinci turda başa çatsın”, – Kaladze bəyan etdi.

İsanidə “Milli Hərəkat” tərəfindən təqdim olunan Xatiya Dekanoidzenin namizədliyinə gəldikdə, Kaladze hesab edir ki, müxalifətdə qarşıdurma və fikir ayrılığı var.