Kaxa Kaladze - müxalifət baş nazirliyə o qədər namizəd açıqladı ki, hesablaya bilmirəm
Kaxa Kaladze - müxalifət baş nazirliyə o qədər namizəd açıqladı ki, hesablaya bilmirəm

Müxalifət baş nazirliyə o qədər namizəd açıqladı ki, hesablaya bilmirəm, – “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze “Lelo” tərəfindən baş nazirliyə namizədin təqdim olunmasına bu cür əks səda verdi.

Kaladzenin dəyərləndirməsinə görə, ölkədə mövcud problemlərin real olaraq həll olunmasına imkanı olan yeganə siyasi qüvvə “Gürcü Arzusu” və onun liderləridir.

“Müxalifət baş nazirliyə o qədər namizəd açıqladı ki, hesablaya bilmirəm. Bizim siyasi komandamıza gəldikdə, yeganə qüvvədir ki, real olaraq ölkədə mövcud olan çağırışlara cavab versin, problemləri həll etsin. Son illər ərzində bir çox önəmli layihə edildi, bir çox yaxşı iş görüldü. Bu cür yeganə güvvə “Gürcü Arzusu-Demokratik Gürcüstan”, onun liderləri və baş nazir, Giorgi Qaxariyadır”, – Kaxa Kaladze bəyan etdi.