Kaxa Kaladze müxalifət barədə - olduqca maraqlı proseslər olacaq, əylənəcəyik, kino bundan sonra başlayır
Kaxa Kaladze müxalifət barədə - olduqca maraqlı proseslər olacaq, əylənəcəyik, kino bundan sonra başlayır

 

Olduqca maraqlı proseslər olacaq, əylənəcəyik, kino bundan sonra başlayır-   Tbilisi meri Kaxa Kaladze jurnalistlərin ,müxalifət nümayəndələri tərəfindən ortaq namizədin seçilməsi prosesi və onların razılığa gələ bilməməsi ilə bağlı sualına belə cavab verib.

Eyni zamanda, Kaxa Kaladze jurnalistlərə seçki sisteminin dəyişdiriləcəyini və seçkilərin razılaşdırılmış sistemə uyğun şəkildə  keçiriləcəyini bildirib.

 “Gözləntim  odur ki, parlamentdə bu seçki sistemi dəyişikliyinin  çox sayda tərəfdarı var, bu isə düşünürəm ki, ümumiyyətlə  ölkə üçün ,mövcud siyasi vəziyyət üçün vacibdir. Hesab edirəm  ki, biz seçki sistemini dəyişdirə biləcəyik və seçkilər   təklif olunan sistemə uyğun olaraq keçiriləcək “-deyə  Kaxa Kaladze bildirib.

Hazırladı-Sevinc Mustafayeva