Kaxa Kaladze - müəyyən siyasi partiyalara bir şey demək istəyirəm, qanunu heç kim aşa bilməyəcək
Kaxa Kaladze - müəyyən siyasi partiyalara bir şey demək istəyirəm, qanunu heç kim aşa bilməyəcək

Müəyyən siyasi partiyalara və siyasətşilərə bir şey demək istəyirəm, qanunu heç kim aşa bilməyəcək, – bu barədə paytaxt meri, Kaxa Kaladze Parlament binası qarşısında keçirilən aksiyada gecə baş verən hadisələri dəyərləndirərkən bəyan etdi.

“Dünən kulminasiya idi, artıq siyasətçilər aksiyanı ələ keçirdilər. Lakin bunun işarələri başdan da var idi. Mən Zaza Saralidzeyə bir daha başsağlığı vermək istəyirəm. Bu mənim üçün və hər birimiz üçün çox ağırdır, onun durumunu başa düşürük. Həmişə deyirdik ki, müəyyən partiyalar və siyasətçilər tərəfindən cəhdlər var ki, bu insanın ailəsinin faciəsini öz partiya maraqları üçün istifadə etsinlər.

Dünən gecə dinlədiyimiz bəyanatlar, hər şeyə işarə edir. Lakin müəyyən siyasi partiyalara və siyasətşilərə bir şey demək istəyirəm, qanunu heç kim aşa bilməyəcək, biz buna imkan verməyəcəyik. Sözsüz ki, öz fikirlərini qanun çərçivəsində ifadə etməyə hüquqları var”, – Kaxa Kaladze bəyan etdi.