Kaxa Kaladze - mövzu bağlanıbdır, 2020-ci il üçün demokratik prinsiplərə tamamilə müvafiq olan qarışıq seçki sistemi qorunub saxlanılacaqdır
Kaxa Kaladze - mövzu bağlanıbdır, 2020-ci il üçün demokratik prinsiplərə tamamilə müvafiq olan qarışıq seçki sistemi qorunub saxlanılacaqdır

2020-ci il üçün demokratik prinsiplərə tamamilə müvafiq olan qarışıq seçki sistemi qorunub saxlanılacaqdır, – bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisində Kaxa Kaladze bəyan etdi.

“Birincisi, proporsional seçki sisteminə 2020-ci ildən keçid “Gürcü Arzusunun” siyasi təşəbbüsü idi. Komandanın rəhbərliyinin səylərinə baxmayaraq, təəssüflər olsun ki, qanunlayihə Parlamentin üzvlərinin müvafiq dəstəyini əldə edə bilmədi. Qeyd olunan nəticəni, majoritar deputatların təbii qarşı çıxması ilə bərabər, destruktiv müxalifətin məsuliyyətsiz hərəkətləri də yaratdı.

İkincisi, hamı üçün aydındır ki, Parlamentdə mövcud olan əhval-ruhiyyəni nəzərə alaraq, yeni konstitusiya dəyişiklikləri ətrafında 113 səsin səfərbərliyi resursu mövcud deyil. Müvafiq olaraq, mövzu bağlanıbdır, 2020-ci il üçün demokratik prinsiplərə tamamilə müvafiq olan qarışıq seçki sistemi qorunub saxlanılacaqdır.

Üçüncüsü, “Milli Hərəkat” bizə üzdəniraq alman modelini təklif edir və onların dediyinə görə, sanki bu konstitusiyaya zidd deyil. Burada açıqca “Milli Hərəkatın” adi əlyazması görünür. Onlar ictimaiyyətə səhv məlumat vermək istəyirlər. Bu dərk edilmiş yalandır.

Dördüncüsü, hələ 2017-ci ildə “Gürcü Arzusunun” birtərəfli təşəbbüsü və səyi ilə, konstitusiyada 2024-cü ildən proporsional sistemə keçid qərarı əks olundu.

Xatırlatmaq istəyirəm ki, bu prosesə “Milli Hərəkat” boykot elan etmişdi. Bu gün, həmin insanlar, həmin tərkiblə küçəyə çıxıblar və qanuna qarşı destruktiv hərəkətlərlə çalışırlar ki, ölkənin sülh və demokratik yolu ilə inkişafına maneəçilik törətsinlər.

Beşincisi, biz tamamilə majoritar sisteminə keçidi dəstəkləyən, Parlament çoxluğunda olan majoritarlarla keçirilən məsləhətləşmələrdən sonra onları əmin etdik ki, 2020-ci il üçün heç bir yeni təşəbbüs müzakirə olunmayacaqdır.

Sonunda, qərar verdik ki, “Milli Hərəkatın” və onunla birlikdə olanların, müxalifətin və ya müstəqil namizədin həqiqətən real olaraq qələbə qazana biləcəyi dairələrdə majoritar namizədlərimizi irəli sürməyək”, – Kaxa Kaladze bəyan etdi.