Kaxa Kaladze - "Milli Hərəkatın" klasteri çox təhlükəlidir, düşünürəm onlar məqsədyönlü edirlər ki, olduqca daha çox insan yoluxsun
Kaxa Kaladze - "Milli Hərəkatın" klasteri çox təhlükəlidir, düşünürəm onlar məqsədyönlü edirlər ki, olduqca daha çox insan yoluxsun

Koronavirusun yayılması baxımından “Milli Hərəkatın” klasteri çox təhlükəlidir, onların məsuliyyətsiz hərəkətini dəfələrlə gördük, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze bəyan etdi.

Kaladze istisna etmir ki, “Milli Hərəkat” nümayəndələri  koronavirusun məqsədyönlü yayılmasına çalışırlar.

“Koronavirusun yayılması baxımından “Milli Hərəkatın” klasteri çox təhlükəlidir. Onların məsuliyyətsiz hərəkətini dəfələrlə gördük. Düşünürəm onlar məqsədyönlü edirlər ki, olduqca daha çox insan yoluxsun. Biz Batumi aksiyasını və başqa halları gördük. Dünən dairə komissiyalarında gördük ki, təxminən 20-ə qədər insan toplaşmışdı və destruksiyanın təşkilinə çalışırdı, maskasız idilər. Bir daha təkrar edirəm, bu elə mövzudur ki, siyasəti bir kənara qoymalıyıq. Bu ölkənin övladlarıyıq. Əhəmiyyəti yoxdur, biz hakimiyyət nümayəndəsiyik yoxsa başqa fərqli fikirlərimiz var. Bu elə mövzudur ki, hamımız birlikdə durmalıyıq. Ölkəmizin hər bir vətəndaşının qayğısına qalmalıyıq. Hamıya bir cür qayğı lazımdır. Çünki insanın həyatı və sağlamlığı təhlükəsizliyi hər şeydən yüksəkdə durur”, – Kaxa Kaladze bəyan etdi.