Kaxa Kaladze - koordinasiya şurası ictimai nəqliyyatın məhdudlaşdırılması qərarını epidemioloqların məsləhəti əsasında qəbul etdi ki, mobillik maksimal olaraq azaldılsın
Kaxa Kaladze - koordinasiya şurası ictimai nəqliyyatın məhdudlaşdırılması qərarını epidemioloqların məsləhəti əsasında qəbul etdi ki, mobillik maksimal olaraq azaldılsın

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, koordinasiya şurası ictimai nəqliyyatın məhdudlaşdırılması qərarını epidemioloqların məsləhəti əsasında qəbul etdi.

Elə onun açıqlamasına görə, bu qərarın qəbul edilməsinin səbəbi mobilliyin azaldılmasıdır.

“İctimai nəqliyyatın məhdudlaşdırlmasına gəldikdə, bu qərarı koordinasiya şurası epidemoiloqların və sahə mütəxəssislərinin tələbi və məsləhəti əsasında qənul etdi ki, mobillik maksimal olaraq azaldılsın. Mən çox yaxşı başa düşürəm ki, bu cür şəraitdə yaşamaq çox çətindir. Lakin ən əsası insanın sağlamlığı və həyatı təhlükəsizliyidir”, – Kaxa Kaladze bəyan etdi.