Kaxa Kaladze - istisna etmirik ki, məsuliyyətsiz siyasi qüvvələr təxribatların təşkilinə cəhd etsinlər, hamıya müraciət edirəm, sakitliyi maksimal olaraq qoruyaq
Kaxa Kaladze - istisna etmirik ki, məsuliyyətsiz siyasi qüvvələr təxribatların təşkilinə cəhd etsinlər, hamıya müraciət edirəm, sakitliyi maksimal olaraq qoruyaq

Tbilisi meri, “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze seçkilərə qədər üç gün əvvəl tərəfdarlarına müraciət edir ki, sakitliyi maksimal olaraq qoruyub saxlasınlar.

Kaladzenin dediyinə görə, istisna deyil ki, konkret siyasi qüvvələr müəyyən təxribatların təşkilinə çalışsınlar. Kaxa Kaladze tərəfdarlarına xahişlə müraciət etdi ki, təxribatlara uymamasınlar.

“Bir daha fürsətdən edərək tərəfdarlarımıza, həmkomandalılarımıza Nadzaladevi rayonundan müraciət etmək istəyirəm. Qələbəmizə qədər üç gün qalıb. Hamınızdan xahiş etmək istəyirəm və müraciət edirəm ki, maksimal olaraq sakitliyi qoruyub saxlayaq. İstisna etmirik ki, məsuliyyətsiz siyasi qüvvələr təxribatların təşkilinə cəhd etsinlər. Heç bir təqdirdə təxribatlara uymamalıyıq. Əksinə, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasına, tərədarlarımıza yaraşan kimi hərəkət edək. Məhz elə bu sakitliklə, rahatlıqla 31 oktyabrda qələbə çalaq. Siz düşünməyin ki, bu yalnız bizim partiya qələbəmiz və ya konkret namizədin qələbəsi olacaq, bu ölkəmizin, vətənimizin qələbəsi olacaq”, – Kaxa Kaladze bəyan etdi.