Kaxa Kaladze - İcazəsiz üstü açıq kafe-bar açmağa imkan verməyəcəyik, trotuarlarda ayaq basmağa yer yoxdur
Kaxa Kaladze - İcazəsiz üstü açıq kafe-bar açmağa imkan verməyəcəyik, trotuarlarda ayaq basmağa yer yoxdur

Tbilisinin meri Kaxa Kaladze Şəhər Nəzarət Xidmətinə tapşırıq verdi ki, kafe-barların sahiblərinə müvafiq icazə sənədi olmadan, küçədə üstü açıq kafe açmağa imkan verilməsin.

Bu barədə bəyanatı Kaxa Kaladze paytaxtın hökümət iclasında verdi.

Kaxa Kaladze qeyd etdi ki, şəhərin görüntüsünü yaxşılaşdırmaq məqsədi ilə, Şəhər Nəzarət Xidmətinin əməkdaşları üstü açıq kafe-barlarda yoxlanış keçirəcəklər.

“Elementar olaraq, trotuarlarda hərəkət etmək mümkün deyil. Əngəlli və əlil insanlar üçün isə, bayıra çıxmaq qeyri-mümkündür. Hərşey qanun və qayda ilə olmalıdır. Kafe-barların sahibləri də düşünməlidirlər ki, şəhərin görüntüsü korlanmamalıdır” – dedi Kaxa Kaladze.