Kaxa Kaladze - Gəncləri parlamentə hücum etməyə çağıranlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar
Kaxa Kaladze - Gəncləri parlamentə hücum etməyə çağıranlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar

“Gəncləri parlamentə hücum etməyə çağıranlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze jurnalistlərinin suallarını cavablandırarkən verdi.

Kaladzenin dediyinə görə, qeyd olunan məsələ ilə bağlı söhbət hələ olmayıb, ancaq o əmindir ki, ağır nəticələrə səbəb olan hərkəs cavab verməlidir.

“Saakaşvilinin bəyanatlarını və birbaşa hökümət çevrilişinə doğru çağırışlarını hərbirimiz eşidirdik. Əlbətdə ki, polis tərəfindən gərəyindən artıq gücdən istifadə faktları ilə bağlı da istincaq aparılır və gərəkən hərkəs cəzasını alacaq. Müəyyən faktlarla bağlı video-kadrları olan hərkəsə müraciət edirik ki, onları müvafiq xidmətlərə təqdim etsinlər” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, vəziyyətdən ən gözəl çıxış yolu dialoqdur.