Kaxa Kaladze Azərbaycanın baş naziri ilə görüşdü
Kaxa Kaladze Azərbaycanın baş naziri ilə görüşdü

Tbilisi meri Kaxa Kaladze Azərbaycanın Baş naziri ilə görüşdü.

Bakıdakı görüşdə Kaxa Kaladze və Əli Əsədov Gürcüstan-Azərbaycan dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq məsələləri və əməkdaşlıq perspektivləri barədə danışdılar.

Tbilisi meriyasından verilən məlumata görə, tərəflər Tbilisi ilə Bakı arasında qardaşlaşma memorandumunun imzalanmasından məmnunluqlarını ifadə etdilər ki, bu da onların fikrincə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı bir fürsətdir.

“Bu gün Azərbaycanın paytaxtı Bakıda olmaq çox xoşdur. Enerji naziri olduğum vaxtdakı əvvəlki vəzifəm sayəsində Azərbaycanla tez-tez ünsiyyət qurdum, bir çox mühüm beynəlxalq layihələri birgə səylərlə həyata keçirdik və bu əməkdaşlığı gələcəkdə də davam etdirməliyik. Dünən Tbilisi ilə Bakı arasında qardaşlaşma haqqında çox əhəmiyyətli bir sənəd imzalanıb. Ölkələrimiz arasında dostluq münasibətləri var, amma düşünürəm ki, bu münasibətləri dərinləşdirmək, xalqımızı bir-birinə yaxınlaşdırmaq, Tbilisidə və Bakıda müxtəlif mədəni tədbirlər keçirmək üçün əlavə mənbələr var”, – deyə Kaxa Kaladze görüşdə dedi.

Eyni zamanda, Azərbaycanın Baş naziri iki ölkə arasındakı strateji tərəfdaşlığın vacibliyini vurğuladı.

“Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Bu baxımdan iki dövlətin paytaxtlarının qardaşlaşması əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək. Gürcüstan və Azərbaycan bölgədə Avropaya enerji təhlükəsizliyini təmin etməklə yanaşı bölgəyə böyük fayda gətirəcək böyük layihələr həyata keçirirlər. Bu gün Gürcüstan ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədədir və biz də öz növbəmizdə bu münasibətlərin inkişafına öz töhvəmizi verəcəyik. Bu fürsətdən istifadə edərək Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə səmimi salamlarımı çatdırmaq istəyirəm” deyə Azərbaycanın Baş naziri bəyan etdi.

Bakıya rəsmi səfəri zamanı Kaxa Kaladze nümayəndə heyəti üzvləri ilə birlikdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanındakı Əbədi Atəş Memorialı önünə əklil qoydu.