Kaxa Kaladze - avtobus sürücülərinə xəbərdarlıq verilməlidir ki, kondisionerlər qoşulmuş olmamalıdır və pəncərələri açıq olmalıdır
Kaxa Kaladze - avtobus sürücülərinə xəbərdarlıq verilməlidir ki, kondisionerlər qoşulmuş olmamalıdır və pəncərələri açıq olmalıdır

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, ictimai nəqliyyatın işləməyə başlamasından sonra təhlükəsizlik tədbirlərinin müdafiəsi lazım olacaq. Kaladzenin qeyd etdiyinə görə, vətəndaşlar nəqliyyatda mütləq maska gəzdirməlidirlər.

“Pandemiyaya görə, bir sıra məhdudiyyətlərin, o cümlədən nəqliyyatın məhdudiyyətinin tədbiq edilməsinə məcbur olduq. Mikroavtobuslar, eləcə də avtobus və metro bir müddət dayandırılmışdı. Bunların hamısı ona görə idi ki, vətəndaşlarımızın sağlamlığını və həyatını qoruyaq. Attığımız addımların hamısı önəmli idi. Nəticə də gözlər önündədir. Hamımız görürük, bir çox Avropanın inkişaf etmiş ölkəsində nə durumdur və Gürcüstan hakimiyyəti virusla necə mübarizə apardı. Mübarizə sonuna qədər çatdırılmayıb. Bütün tələbləri yerinə yetirməliyik.

Koordinasiya şurasında qərar qəbul olundu ki, 29 maydan ictimai nəqliyyat, metro, munisipal avtobus və mikroavtobuslar işləməyə başlayacaq.

Avtobus sürücülərinə xəbərdarlıq verilməlidir ki, kondisionerlər qoşulmuş olmamalıdır və pəncərələri açıq olmalıdır ki, avtobusda hava işləsin”, – Kaladze bəyan etdi.