Kaxa Bekauri - təsdiq olunur ki, "Geocell" və "Magticom" tərəfindən dempinq xidməti var idi
Kaxa Bekauri - təsdiq olunur ki, "Geocell" və "Magticom" tərəfindən dempinq xidməti var idi

Komunikasiyalar Milli Agentliyi sədrinin dəyərləndirməsinə görə, “Geocell” və “Magticom” qanunu pozdular.

Kaxa Bekauri kommisiya tərəfindən başa çatdırılmış araşdırmanı şərh edir. Lakin müvafiq qərarı tənzimləyici orqan martın 15 qəbul edəcək.

“İlkin araşdırma ilə müəyyən olunur və təsdiq oluneur ki, konsolidasiya edilmiş tender çərçivəsində bu iki operator tərəfindən dempinq xidməti var idi. Bu isə gürcü qanunvericiliyi ilə cəzalandırılır”, – Bekauri bəyan edir.

Kommisiya sədrinin ümidi var ki, son olaraq bazarda ədalətli tariflər olacaq.

“Bizim məqsədimizdir ki, bazarda sağlam rəqabət olsun və bəzi istifadəçilərə dempinq tarifləri olmasın. Bazarda rəqabətbacarıqlı və ədalətli tariflər olmalıdır”, – Bekauri qeyd etdi.

Komunikasiyalar Milli Kommisiyası tariflərin öyrənilməsini başqa istiqamətlə də davam etdirir. Söhbət “Beline”, “Geocell” və “Magticom” korporativ istifadəçilərindən gedir.

İlk pozuntuya üçün güman edildiyinə görə şirkətlərə xəbərdarlıq veriləcək, ikinci pozuntuya görə isə, gəlirin 0.5 faiz miqdarında cərimə nəzərdə tutulub.

Şərh yaz