Jurnalist Camal Xaşoqinin yoxa çıxması işinin detallarının aydınlaşdırılması üçün, Mayk Pompeo təcili Ər-Riyada yola düşdü
Jurnalist Camal Xaşoqinin yoxa çıxması işinin detallarının aydınlaşdırılması üçün, Mayk Pompeo təcili Ər-Riyada yola düşdü

ABŞ-ın dövlət katibi, Mayk Pompeo təcili Ər-Riyada yola düşdü. Onun səfərinin məqsədi jurnalist Camal Xaşoqinin yoxa çıxması işinin detallarının aydınlaşdırılmasıdır.

ABŞ prezidenti, Donald Trampın dediyinə görə, Pompeo Səudiyyə Ərəbistanı kralı ilə görüşəcək.

Buna qədər Ağ Evdə bəyan etdilər ki, Donald Tramp telefon ilə Səudiyyə Ərəbistanı kralı ilə əlaqə saxladı və jurnalistin yoxa çıxması işinin dönmədən istintaqını tələb etdi.

Bloomberg-in yaydığı məlumatı görə, Səudiyyə Ərəbistanı kralı sərəncam verdi ki, Prokurorluq Camal Xaşoqinin yoxa çıxması işi üzrə istintaqa başlasın.

Paralel olaraq, Ər-Riyad rəsmi olaraq Türkiyə hakimiyyətinə icazə verdi ki, İstambulda yerləşən Səudiyyə Ərəbistanın Konsulluğu ərazisində türk hüquqmühafizəçiləri axtarış aparsınlar.