Jozep Borel və Giorgi Qaxariya arasında telefon söhbəti baş tutdu, Gürcüstan 183 milyondan artıq avro alacaq
Jozep Borel və Giorgi Qaxariya arasında telefon söhbəti baş tutdu, Gürcüstan 183 milyondan artıq avro alacaq

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Jozep Borel və Gürcüstanın baş naziri, Giorgi Qaxariya arasında telefon söhbəti baş tutdu.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti barəsində presrelizi Avropa İttifaqı öz rəsmi vebsəhifəsində dərc etdirdi.

Presrelizdə deyilir ki, 21 apreldə baş verən telefon söhbəti zamanı tərəflər yeni koronavirusa qarşı mübarizə və onun sosial və iqtisadi nəticələrini müzakirə etdilər.

Həmçinin, söhbət zamanı qeyd edildi ki, Avropa İttifaqı yardım şəklində Gürcüstan 183 milyondan artıq avro alacaq.