Condi Bağaturiya - Gürcüstanın Birinci Kanalı kollektivinin qərarı qəhrəmani idi, onlar azartlı oyunlarının reklamından olan gəlirlərdən imtina etdilər
Condi Bağaturiya - Gürcüstanın Birinci Kanalı kollektivinin qərarı qəhrəmani idi, onlar azartlı oyunlarının reklamından olan gəlirlərdən imtina etdilər

“Kartuli Dasinin” lideri, Condi Bağaturiya dini şəxslər və vətəndaşlarla birlikdə, Gürcüstanın Birinci Kanalının binası qarşısında kanala həmrəylik aksiyasını keçirdi.

Bağaturiya başqa media vasitələrinə də müraciət etdi ki, Gürcüstanın Birinci Kanalının qərarına dəstək olsunlar.

“Son üç ay ərzində, 17 gənc intihar etdi. Azartlı oyunların arxasında həmişə böyük pul durur və bu pul, rüşvətxor vəzifəli şəxslər arasında bölünür. Gürcüstanın Birinci Kanalı kollektivinin qərarı qəhrəmani idi, onlar azartlı oyunların reklamından olan gəlirlərdən imtina etdilər. Buna görə, biz bu qərara dəstəyimizi bəyan edirik”, – Bağaturiya bəyan etdi.

Bağaturiyanın bəyan etdiyinə görə, onun və ictimaiyyətin təşəbbüsü ilə, Parlamentə yaxın günlərdə azartlı oyunların qadağan edilməsi barəsində qanunvericilik layihəsi daxil olacaq.

Gürcüstanın Birinci Kanalı təşəbbüsünü dini şəxslər də dəstəkləyirlər.