Con Makkeyn təşəbbüs irəli sürür ki, ABŞ prezidentindən ölkənin NATO-dan çıxarılması hüququ alınsın
Con Makkeyn təşəbbüs irəli sürür ki, ABŞ prezidentindən ölkənin NATO-dan çıxarılması hüququ alınsın

Con Makkeyn təşəbbüs irəli sürür ki, ABŞ prezidentindən ölkənin NATO-dan çıxarılması hüququ alınsın. Senator qanunlayihəni təqdim etdi ki, buna da əsasən ABŞ Şimali Atlantik Aliyansını Senatın razılığı olmadan tərk edə bilməz. Təşəbbüsü bir neçə demokrat senator dəstəkləyir.

Makkeyn hesab edir ki, Donal Tramp Brüssel sammitində NATO-nun müttəfiqləri ilə kobud davrandı. Senatorun dediyinə görə, “NATO-nun müttəfiqləri 70 il ərzində demokratik aləm üçün qurban verirdilər”.

Xatırladaq ki, Brüsseldə keçirilən NATO sammitində Tramp bəyan etdi ki, əgər müttəfiqlər hərbi büdcəni artırmasalar, o,  ABŞ-ı aliyansdan çıxara bilər.