Çoxuşaqlı statusu dörd və artıq uşaqlı olan ailələrə veriləcək və onlar sosial yardımını alacaqlar
Çoxuşaqlı statusu dörd və artıq uşaqlı olan ailələrə veriləcək və onlar sosial yardımını alacaqlar

Dövlət tərəfindən çoxuşaqlı valideyn statusunun müəyənləşdirilməsi baş verəcək və bunun vasitəsi ilə qeyd olunan ailələr sosial yardımını alacaqlar. Qanunvericiliyə müvafiq dəyişikliyi parlamentin səhiyyə komitəsinin sədri, Akaki Zoidze və onun birinci müavini, Dimitri Xundadze hazırladılar.

Xundadzenin jurnalistlərə bəyan etdiyinə görə, qanunlayihəsinin məqsədi dövlət tərəfindən çoxuşaqlı valideyn statusunun müəyənləşdirilməsi çoxuşaqlı ailələrə yardımın baş verməsidir. Onun dediyinə görə, çoxuşaqlı ailələrin elektrik enerjisinin subsidiyasi dövlət büdcəsi ilə maliyyələşdiriləcəkdir.

“Dörd uşağı olan ailə hər ay 20 lari, beş və artıq olan ailə beşinci və növbəti uşağa 10-10 lari alacaq. Sakstatın göstəricilərinə görə (2014-cü il ümumxalq sorğusu), dörd və artıq uşağı olan 12369 ailə mövcuddur. Müvafiq olaraq illik ümumi maliyyə nəticəsi təxminən  3 489 000 lari olacaq”, – Xundadze qeyd etdi.