Çoxatauri Meriyasında xristian və müsəlman icmasının nümayəndələri qubernator və munisipalitetin meri ilə görüşürlər
Çoxatauri Meriyasında xristian və müsəlman icmasının nümayəndələri qubernator və munisipalitetin meri ilə görüşürlər

Bir saatdan artıqdır ki, Çoxatauri Meriyasında xristian və müsəlman icmasının nümayəndələri qubernator və munisipalitetin meri ilə görüşürlər

Görüşün nə vaxt başa çatması və tərəflər arasında hansısa razılaşmanın əldə olunması hələlik məlum deyil.

Görüş qapalı qapılar arxasında keçirilir. Müsəlman icması nümayəndələri, o cümlədən Acaradan gələn vətəndaşlar Meriyanın həyətinə toplaşıblar. Binanı polis kordonu mühafizə edir.

Kənddə narazılıq müsəlman və xristian vətəndaşları arasında başladı. Konkret olaraq, müsəlman icması nümayəndələri kənddə ibadət yerinin təşkil edilməsini tələb edirlər. Xristian icması nümayəndələri isə, buna qarşı çıxırlar. Fikir müxtəlifliyi dünən fiziki qarşıdurmaya qədər artdı. Fakt üzrə DİN bir nəfəri yaxaladı.

Bu gün bölgə administrasiyasında tərəflər arasında dialoq baş verməli idi, lakin görüş baş tutmadı.

Çoxatauri meri, İrakli Kuçava bəyan edir ki, hakimiyyət və polis hər şeyi edəcək ki, Buknari kəndində münaqişə problemlər yaranmadan həll olunsun.