Çiçxituri və Udabno monastırları ilə bağlı, Gürcüstan patriarxı Giorgi Qaxariaya, Davit Zalkanianiyə və Vaxtanq Qomelauriyə müraciət edir
Çiçxituri və Udabno monastırları ilə bağlı, Gürcüstan patriarxı Giorgi Qaxariaya, Davit Zalkanianiyə və Vaxtanq Qomelauriyə müraciət edir

Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia Çiçxituri və Udabno monastırları ilə bağlı, Gürcüstanın baş naziri Giorgi Qaxariaya, Xarici İşlər Naziri Davit Zalkanianiyə, Daxili İşlər Naziri Vaxtanq Qomelauriyə və dini məsələlər üzrə dövlət agentliyinin rəhbəri Zaza Vaşakmadzeyə müraciət edir.

“Sizi hörmətlə salamlayıram və önəmli məsələ ilə bağlı müraiət esdirəm: söhbət bizim iki monastrımızdan – Çiçxituri və Udabnodan gedir. Hüquqi və kartoqrafik olaraq, hərşey aydındır: Gürcüstan və Azərbaycan iqtidarları arasında, 1938-ci ilin 5-7 mart və 1996-cı ilin 13 iyunun tarixlərində iki tərəfli razılaşma qoyulub, hansına əsasən, dövlət sərhədi, 1936-1938-ci illərdə Daxili İşlər üzrə xalq komisariatı tərəfindən verilən 1:200 000 masştablı xəritəyə əsasən keçməli idi.

İki tərəfində qəbul etdiyi bu xəritə ilə, Udabno və Çiçxituri monastırları Gürcüstan ərazisində qeydə alınıb. Ancaq, həmçinin Davit Qarecinin hissəsi olan Bertuni kilsəsi isə, Azərbaycan tərəfində qalır və Azərbaycana verilir.

Ona görə də, 1991-ci ilin aprelin 21-də, Gürcüstan respublikası iqtidarının N315-ci qərarı ilə, Davit Qareci monastır kompleksinin ərazisində yerləşən poliqon ərazisi (Monastrın yerləşdiyi yer) digər ərazilərlə bərabər, Gürcüstan patriarxlığına verildi.

Bu mülkiyyət hüquqi olaraq, 2002-ci ilin oktyabrın 14-də, Gürcüstan Dövləti və Gürcüstan kilsəsi arasındaki konstitusiya razılaşması ilə təsdiqləndi, hansında deyilir ki, monastır kompleksində olan bütün kilsələr gürcü kilsəsinə verilir.

Buna görə də, Azərbaycan tərəfinin Udabno və Çiçxituri monastırlarının yanındaki hərəkətləri bizim üçün anlaşılmazdır. 2019-cu ildən, o ərazi bizim əlimizdən faktiki olaraq alındı və səyyarlarımız üçün tamamən bağlandı.

Elə çıxır ki, illərdir mövcud olan reallıq bu gün hərhansı logika olmadan, öz başına dəyişdirilir və biz bunu qəbul edə bilmərik.

Biz tələb edirik ki, delimitasiya və demarkasiya prosesi başa çatana qədər, indiyə qədər mövcud olan status-kvo bərpa olunsun və Davit Qareciyə ibadət üçün gedən dindarlarımıza və səyyarlarımıza problem yaradılmasın.

Beynəlxalq hüquqa əsasən də, ikinci dövlətlə razılaşmamış, mövcud olan sərhədi zorla dəyişmək qeyri-məqbuldur.

Düşünürük ki, gürcü millətinin dostu olan Azərbaycan milləti və iqtidarı yaranan vəziyyəti düz dəyərləndirəcəklər və ədalətli qərar verəcəklər və millətlərimiz arasındaki dostluğun alternativi olmayacaq.

Cənab Giorgi, ümid edirik ki, siz də bu prosesə qoşulacaqsınız, beynəlxalq normalarla təsdiqlənən tarixi ədalət bərpa olunacaq  və məsələ hər iki tərəf üçün müsbət həll ediləcək” – deyilir patriarxlığın rəsmi veb-səhifəsində yayılan bəyanatda.

Bu məsələ ilə bağlı, İkinci İlia Qafqaz Müsəlmanlarının Dini İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə də müraciət edir.