Check in Georgia çərçivəsində Gürcüstanda Mikelanconun, Tisianinin, Leonardo və başqa İtaliyalı rəssamların sərgisi təşkil ediləcək
Check in Georgia çərçivəsində Gürcüstanda Mikelanconun, Tisianinin, Leonardo və başqa İtaliyalı rəssamların sərgisi təşkil ediləcək

Turizm Gürcüstan üçün həddindən artıq önəmlidir və hesab edirəm ki, turizm Gürcüstanın neftidir, – bu barədə İtaliyanın Gürcüstandakı səfiri, Antonio Enriko Bartoli, Check in Georgia 2018-in təqdimatında bəyan etdi.

Antonio Enriko Bartoli İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişviliyə, İtaliya səfirliyinin Gürcüstanda, Check in Georgia layihəsində iştirak etmək imkanı verildiyinə görə minnətdarlığını bildirdi.

İtaliya səfirinin dediyinə görə, may ayından avqust daxil olmaqla, Check in Georgia çərçivəsində üç sərgi keçiriləcək, o cümlədən Mikelanconun, Tisianinin, Leonardo və başqa İtaliyalı rəssamların sərgisi təşkil ediləcək.

“Bunların həyata keçirilməsi, Gürcüstan hökumətinin və Check in Georgia-nın dəstəyi olmadan mümkün olamazdı”, – İtaliyanın Gürcüstandakı səfiri, Antonio Enriko Bartoli bəyan etdi.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.