Ceym Apaturay - Salome Zurabişvilidən Avro-atlantik strukturlarına cəhdlər barəsində aydın ismarıclar dinlədim
Ceym Apaturay - Salome Zurabişvilidən Avro-atlantik strukturlarına cəhdlər barəsində aydın ismarıclar dinlədim

Salome Zurabişvilidən Avro-atlantik strukturlarına cəhdlər barəsində aydın ismarıclar dinlədim, – bu barədə NATO-nun baş katibinin xüsusi nümayəndəsi, Ceyms Apaturay Birinci Kanal ilə eksklüziv müsahibəsində bəyan etdi.

Apaturayın bəyan etdiyinə görə, Salome Zurabişvili onunla görüşdə qeyd etdi ki, Gürcüstan lazımi islahatların keçirilməsini davam etdirəcək.

“Salome Zurabişvili ilə görüşdən məmnunam. Bu çox əhəmiyyətli görüş idi. Xüsusi ilə qeyd etmək istəyirəm ki, seçilmiş prezident çox hazırlıqlı idi. Bu təhlükəsizlik məsələləri, siyasi mövzü və NATO-Gürcüstan planlarına aid idi. Salome Zurabişvilidən Avro-atlantik strukturlarına cəhdlər barəsində aydın ismarıclar dinlədim. O, deyir ki, Gürcüstan lazımi islahatların keçirilməsini davam etdirəcək. Sevinirəm və bu ismarıclarla Brüsselə gedirəm”, – Ceyms Apaturay Birinci Kanala bəyan etdi.