Cessi Ceyin konsert biletlərinin satışı başladı
Cessi Ceyin konsert biletlərinin satışı başladı

Tanınmış Britaniyalı müğənni Cessi Ceyin (Jessie J) biletlərinin satışı bu gün saat 20:00-da başladı. Biletlərin qiyməti TKT.ge və Eventer.ge saytlarında 50-dən 250 lariyədəkdir.

Cessi Ceyin konserti avqustun 6-da “Black Sea Arena”-da keçiriləcək. Cessi Cey dünya miqyası ilə 3 milyon albom və 20 milyon sinql satıbdır.

Cessi Cey bu il dünya üzrə səyahət edir və dinləyiciyə, köhnə, eləcə də yeni mahnılarını təqdim edir. “Black Sea Arena”-da da o, bu proqram ilə təqdim olunacaq.