Cenevrə beynəlxalq danışıqlarının 50-ci raundunda bu gün Vaja Qaprindaşvili məsələsi müzakirə ediləcək
Cenevrə beynəlxalq danışıqlarının 50-ci raundunda bu gün Vaja Qaprindaşvili məsələsi müzakirə ediləcək

Cenevrə beynəlxalq danışıqlarının 50-ci raundu bu gün başlayır.

Görüşün əsas müzakirə mövzusu işğalçı rejim tərəfindən həbs edilən həkim Vaja Qaprindaşvili məsələsi olacaq.

Gürcü nümayəndə heyyətinin rəhbəri Laşa Darsalianın dediyinə görə, Vaja Qaprindaşvilinin həbs edilməsi yenə bir daha sübut edir ki, işğalçı rejim siyasi təzyiq üçün insan hüquqlarının pozulmasından istifadə edir.

Cenevrə danışıqlarının həm-sədri Toyvo Klaarın dediyinə görə isə, 50-ci raunddan əvvəl yaranan vəziyyət gərgindir, ancaq o ümid edir ki, tərəflər ciddi diskussiya üçün hazırdılar.

Vaja Qaprindaşvilinin həbs edilməsi ilə bağlı isə, Avropa İttifaqının xüsusi nümayəndəsi bəyan edir ki, işğal edilən ərazidə vətəndaşların həbs edilmə faktları ümumiyyətlə baş verməməlidir.

Xatırladaq ki, həklim Vaja Qaprindaşvili artıq bir aydır Sxinvali həbsxanasındadır.

O noyabrın 9-da həbs edilmişdi.

İşğalçı rejim onu sərhədi keçməklə ittiham edir. Vaja Qaprindaşvili isə bəyan edir ki, o Gürcüstan ərazisində digər sərhədləri tanımır və suçunu qəbul etmir.

Sxinvalin qondarma hakimiyyətinin məhkəməsi Vaja Qaprindaşviliyə iki ay həbs cəzası verib.