Ceims Appaturai - Suriyənin qərarı, Abxaziya və Cənubi Osetiyanın Gürcüstan əraziləri olmaları ilə bağlı, beynəlxalq ictimaiyyətin qəti mövqeyini dəyişə bilməyəcək
Ceims Appaturai - Suriyənin qərarı, Abxaziya və Cənubi Osetiyanın Gürcüstan əraziləri olmaları ilə bağlı, beynəlxalq ictimaiyyətin qəti mövqeyini dəyişə bilməyəcək

NATO və onun  müttəfiqlərinin mövqeyi aydın və möhkəmdir – biz Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik, – bu barədə bəyanatı Cənubi Qafqaz və Mərkəzi Asiyada NATO baş katibinin xüsusi nümayəndəsi Ceims Appaturai Birinci Kanala eksklüziv olaraq, verdi.

Onun dediyinə görə, Suriyənin “Cənubi Osetiya” və Abxaziyanın “müstəqilliyinin” tanınması haqqında qərarı beynəlxalq cəmiyyətin mövqeyinə heç bir təsir verməyəcək.

“Suriyənin qərarı, Abxaziya və Cənubi Osetiya regionlarının Gürcüstan ərazisi olmaları ilə bağlı, beynəlxalq ictimaiyyətin qəti mövqeyini dəyişə bilməyəcək” – dedi Appaturai.

NATO işğal edilmiş əraziləri tanımamaq siyasətini davam edir və Rusiyaya müraciət edir ki, beynəlxalq öhdəliklərini yerinə yetirsin” – bəyan etdi Ceims Appaturai.

Xatırladaq ki, bugün Suriyənin Xarici İşlər Nazirliyi işğal altında olan Abxaziya və Cənubi Osetiya regionlarının “müstəqil” dövlət olduqlarını elan etdi.