Jan-Klod Yunker Avropa İttifaqı və Britaniya arasındaki münasibətləri iki aşiq kirpi ilə müqayisə etdi
Jan-Klod Yunker Avropa İttifaqı və Britaniya arasındaki münasibətləri iki aşiq kirpi ilə müqayisə etdi

“Avropa İttifaqı və Britaniya bir-birinə zərər vermək istəməyən iki aşiq kirpi kimi rəftar etməlidirlər”.

Reuters agentliyinin yazdığına görə, bu barədə bəyanatı Avrokomisiyanın prezidenti Jan Klod Yunker Avstriya mətbuatı ilə söhbət edərkən verdi.

“Biz, bir-birinə zərər vermək istəməyən iki aşiq kirpi kimi ehtiyatlı olmalıyıq, – dedi Yunker, “Breksit” məsələsi haqqında danışıqlarla bağlı verilən sualları cavablandırarkən.

Avropa İttifaqının liderləri “Breksit” haqqında Avstriyada keçirilən iki günlük sammitdə müzakirə apardılar, ancaq görüşdə Avstriya və Avropa İttifaqı arasında ticarət və İrlandiya sərhədinin requlyasiya məsələləri haqqında razılaşmaya nail ola bilmədiər.