Jan-İv Le Drian Ramzan Kadırova cavab verir - Diktatorların bizə ağıl verməsinə dözmərik
Jan-İv Le Drian Ramzan Kadırova cavab verir - Diktatorların bizə ağıl verməsinə dözmərik

“Diktatorların bizə ağıl verməsinə dözmərik”, – bu sözlərlə Fransanın Xarici İşlər Naziri, Çeçenistanın başçısı Ramzan Kadırovun bəyanatına cavab verdi.

Ramzan Kadırov Parisdə mayın 12-də baş verən teror aktına görə məsuliyyəti Fransanın üzərinə atdı.

Kadırov bəyan etdi ki, milliyətçə çeçen olan Himzat Azimov Fransada böyüdü və onun radikalizasiyası üçün Fransa məsuliyyət daşıyır.

“Biz hüquqi hökümətin mövcud olması ehtimalı ilə belə mübarizə edən və “İslam dövlətinin” tərkibində minlərlə çeçenin döyüşdüyünü bilən diktatorun bizə ağıl verməsinə dözmərik – dedi Jan-İv Le Drian.

Xatırladaq ki, Parisdə, mayın 12-də baş verən hücum zamanı bir nəfər həlak oldu və dördü yaralandı.

İstintaq nəticəsində məlum oldu ki, Parisin mərkəzində, küçədə gedən insanlara 20 yaşlı Himzat Azimov hücum etdi.

Terakt üzrə məsuliyyəti isə, “İslam Dövləti” götürdü.

Olnlardan sonra, Ramzan Kadırov bəyan etdi ki, baş verən faktla bağlı məsuliyyət Fransa hökümətinə aiddir, çünki, hökümət valideynləri övladlarına tərbiyyə vermə imkanından məhrum edir.