Ətraf Mühit Mühafizəsi Nazirliyi - tibbi təyinatla marixuananın istehsalı lisenziyasının qiyməti bu mərhələdə müəyyənləşdirilməyib
Ətraf Mühit Mühafizəsi Nazirliyi - tibbi təyinatla marixuananın istehsalı lisenziyasının qiyməti bu mərhələdə müəyyənləşdirilməyib

Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, tibbi təyinatla marixuananın istehsalı lisenziyasının qiyməti bu mərhələdə müəyyənləşdirilməyib.

Nazirliyin məlumatına görə, yayılan məlumat ki, lisenziyanın qiyməti 25 min laridir, həqiqətə uyğun deyil.

“Monopoliya sxeminin yaradılması ilə bağlı yayılan bəyanatlar tamamilə əsassızdır. Tibbi təyinatla marixuananın becərilməsi, daşınması və istehsalı bir birindən ayrı olan fəaliyyət olacaq. Lisenziyaların miqdarı ən azından 150 olacaq. Bu isə, iqtisadiyyatın monopoliyasını istisna edəcək. Qeyd olunasıdır ki, marixuananın istehsalı tibbi təyinat üçündür və bu fəaliyyət yeni idarə – “Marixuananın Nəzarət Agentliyi” tərəfindən nəzarət ediləcək. Agentlik Ətraf Mühit Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə daxil olacaq və rəhbərini nazir təyin edəcək. Agentliyin strukturunun yaradılması üzərində nazirlik fəal işləyir”, – idarə tərəfindən yayılan bəyanatda deyilir.