Əfqanistanda terakt nəticəsində 13 nəfər həlak oldu
Əfqanistanda terakt nəticəsində 13 nəfər həlak oldu

Əfqanistanda terakt nəticəsində 13 nəfər həlak oldu, 32 isə, ağır yaralandı.

Euronews-un məlumatına görə, həlak olanlar arasında dinc əhali və hüquqmühafizəçilər var.

Terakt ölkənin şimali hissəsində baş verdi.

Motosikletə montaj edilən partlayıcı qurğu seçkiqabağı aksiyası zamanı işə salındı.

Məlum olduğu kimi, aksiya qadın namizəd Nazefa Yusufa dəstək üçün keçirilirdi.

Partlayış zamanı namizədin özü aksiaya hələ getməmişdi.

Baş verən hadisə ilə bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib, ancaq məlumdur ki, Mərkəzi Asta dövlətinin şimal hissəsində teraktları “Taliban” həyata keçirir.

Əfqanistanda parlament seçkiləri oktyabrın 20-də keçiriləcək.

249 mandatı olan ali qanunverici orqanda yer almaq üçün 2 565 namizəd mübarizə aparır.

Onlardan 417-si qadındır.