Əfqanıstanda Moldova aviaşirkətinə məxsus vertlyot qəzaya uğradı, 12 insan həlak oldu
Əfqanıstanda Moldova aviaşirkətinə məxsus vertlyot qəzaya uğradı, 12 insan həlak oldu

Əfqanıstanda Moldova aviaşirkətinə məxsus vertlyot qəzaya uğradı. Qəza nəticəsində 12 insan, o cümlədən ekipajın iki üzvü və 10 sərnişin həlak oldu. Göyərtədə olan daha iki nəfər sağ qaldı. Moldova Mülki Aviasiyasında bəyan etdiklərinə görə, MI-8 MTV tipli vertalyot Məzari-Şərif bazasından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradı.

Aviaqəza zamanı göyərtədə ekipajın üç üzvü və 11 əfqan sərnişin var idi.

Baş verənlərlə bağlı istintaqa başlanılıb. Qəzanın səbəbləri hələlik məlum deyil.