Əfqanıstanda məscid yanında baş verən partlayış nəticəsində ən azı 13 nəfər həlak oldu
Əfqanıstanda məscid yanında baş verən partlayış nəticəsində ən azı 13 nəfər həlak oldu

Əfqanıstanda məscid yanında baş verən partlayış nəticəsində ən azı 13 nəfər həlak oldu, 30 nəfər isə xəsarət aldı. Partlayış ölkənin qərb hissəsində yerləşən Xost vilayətində baş verdi.

Yerli polisin yaydığı məlumata görə, məscidə millət günorta namazından sonra toplaşdı. Elə burada seçicilərin qeydiyyat mərkəzi yerləşir.

Baş verənlər üzrə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.