Ədliyyə Şurası - Avropa Şurasının nazirlər komitəsi Merabişvilinin həbsdən azad edilməsi tələbini gərəkli hesab etmədi
Ədliyyə Şurası - Avropa Şurasının nazirlər komitəsi Merabişvilinin həbsdən azad edilməsi tələbini gərəkli hesab etmədi

Avropa Şurasının nazirlər komitəsi Gürcüstan üçün irəli sürülən, Vano Merabişvilinin həbsdən azad edilməsi tələbini gərəkli hesab etmədi.

Bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.

Sabiq Daxili İşlər Naziri İvane Merabişvili müxtəlif ittihamlara görə həbs cəzasını çəkir.

“Dekabrın 4-də keçirilən iclasda Strasburq məhkəməsini qərarının icra edilməsi üzrə məsul nəzarətçi orqan olan Avropa Şurasının nazirlər komiteti, Gürcüstan iqtidarı tərəfindən Strasburq məhkəməsinin böyük palatasının “Merabişvili Gürcüstana qarşı” adlı məsələ ilə bağlı verilən qərarı ilk dəfə dəyərləndirdi. Sənəddə deyilir ki, Gürcüstan iqtidarı üçün İvane Merabişvilinin həbsdən azad edilməsi haqqında tələb gərəkli deyil” – deyilir Ədliyyə Nazirliyinin bəyanatında.