Ədliyyə naziri Tea Tsulukianinin əfv məsələsi ilə bağlı prezidentə sualları var
Ədliyyə naziri Tea Tsulukianinin əfv məsələsi ilə bağlı prezidentə sualları var

Ədliyyə Naziri Tea Tsulukiani bəyan edir ki, əfv (prezident amnistiyası) məsələsi ilə bağlı qərarları prezident müstəqil şəkildə verirdi və müvafiq olaraq da, bu məsələdə məsuliyyət daşıyan özüdür.

“Ədliyyə Nazirliyinin rekomendasiyasının necə olmasına baxmayaraq, prezident məhbusları əfv edərkən son qərarı müstəqil şəkildə verir. Ona görə də, qərarları ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir.

Əfv haqqında çox danışdım və suallarım da çoxdur, məsələ prezidentin əfv etmə qaydaları arasına elə dəyişikliklər necə əlavə edildi, hansılarına əsasən, korrupsiya suçu ilə həbs edilən şəxslər daha asan amnistiya ediləcəklər?

O nəyə görə bu qaydayı asanlaşdırdı, bu suala cavab gözləyirəm” – dedi Tea Tsulukiani.