İyulun 1-dən, Tbilisidə metro saat 06:00-dan 23:00-a qədər çalışacaq
İyulun 1-dən, Tbilisidə metro saat 06:00-dan 23:00-a qədər çalışacaq

İyulun 1-dən, Tbilisi metropoliteni saat 06:00-dan 23:00-a qədər çalışacaq, – bu barədə bəyanatı Tbilisi meri Kaxa Kaladze paytaxt hökümətinin iclasında verdi.

Onun dediyinə görə, metroda elektrik ötürücü xəttləri baxımından ağır vəziyyət var və kabellər dəyişdirilməlidirlər.

Merin dediyinə görə, kabellərin instalyasiya işləri 2020-ci ilin iyul ayında başa çatacaq və o vaxta qədər metro yeni qrafiklə işləyəcək.

“Reabilitasiya layihəsi başa çatana qədər müəyyən məhdudiyyətlər olacaq və metro hər zamankindan bir saat tez bağlanacaq”, – dedi Kaxa Kaladze.