İtalya mediası - internetdə bir tibbi maska 70 avro dəyərindədir
İtalya mediası - internetdə bir tibbi maska 70 avro dəyərindədir

Milan Prokurorluğu tibbi maskaların spekulyativ qiymətə satılmasına görə istintaqa başladı.

“Kareira dela sela” nəşrinin yaydığı məlumata görə, koronavirus üzündən sanitar maskalar və dezinfeksiya vastələrinin qiyməti əhəmiyyətli dərəcədə artdı. İnternet mağazalarda tibbi maskaların qiyməti 70 avroya çatırdı.

Hazırda işin konkret fuqurantları yoxudur. Lakin bənzər cinayət üçün qanunla altı aydan üç ilədək həbs və 25 min avro cərimə nəzərdə tutulub.

Son göstəricilərlə İtaliyada koronavirusa yoluxanların sayı 230-a çatır.