İtaliyanın Gürcüstandaki səfiri bəyan edir ki, işğal olunmuş Abxaziyada keçirilən seçkilərin heç bir əhəmiyyəti yoxdur
İtaliyanın Gürcüstandaki səfiri bəyan edir ki, işğal olunmuş Abxaziyada keçirilən seçkilərin heç bir əhəmiyyəti yoxdur

İtaliya Avropa İttifaqı ilə bərabər, Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin möhkəm dəstəkçisidir, – bu bəyanatı İtaliyanın Gürcüstandaki səfiri Antonio Enriko Bartoli jurnalistlər tərəfindən Abxaziyada keçirilən prezident seçkiləri ilə bağlı verilən sualı cavablandırarkən verdi.

“İtaliya üçün Abxaziyada prezident seçkiləri yoxdur, çünki biz nə elə bir respublikayı, nə də onun prezidentini tanımırıq və qəbul etmirik. Bu seçkilərin bizim üçün heç bir əhəmiyyəti yoxdur” – dedi İtaliya səfiri.

İşğal altında olan Abxaziyada prezident seçkiləri avqustun 25-də keçirildi.

Prezidentlik üçün 9 namizəd mübarizə aparırdı və onların arasında qüvvədə olan prezident Raul Xacimba da var.

Namizədlərin heç birinin səslərin 50 faizini yığa bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.