İtaliyada turistlərin avtobusu yoldan düşdü (video)

İtaliyada turistləri daşıyan avtobus yoldan düşdü. Qəza nəticəsində bir nəfər həlak oldu və ən azından 15 nəfər xəsarət aldı.

“BBC”-nin məlumatına görə, avtobusda Rusiya və şərqi Avropanın müxtəlif ölkələrindən İtaliyaya gedən vətandaşlar var idi.

İlkin məlumata görə, qəza zamanı avtobusda 60 sərnişin var idi.

Rusiya və Ermənistanın İtaliyadakı Səfirlikləri artıq rəsmi olaraq təsdiq etdilər ki, xəsarət alanlar arasında onların vətəndaşları var.

İtaliya mediası yazır ki, avtobus Sienadan Florensiyaya gedirdi.