İtaliyada son bir gün ərzində koronavirusun 845 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi
İtaliyada son bir gün ərzində koronavirusun 845 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi

İtaliyada son bir gün ərzində koronavirusun 845 yeni halı aşkar edildi. Bu isə, 16 maydan sonra qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə məlumatı “Ansa” İtaliya agentliyi yayır.

Ardıcıl olaraq ikinci gündür ki, İtaliyada koronavirusa yoluxma hallarının sayı yüksəkdir. Cəmi ölkədə koronavirusun 256 118 halı qeydə alınıb.

Son bir gün ərzində ölkədə virusdan altı pasiyent vəfat etdi. Ümumi vəfat edənlərin sayı isə, 35 418-i təşkil edir.