İtaliyada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı
İtaliyada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi qeydə alındı

İtaliyada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi, 7 322 yeni halı qeydə alındı.

Bu barədə məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ötən bir gün ərzində İtaliyada virusdan 43 insan vəfat etdi.

Ən ağır vəziyyət yenə də Lombardiyadadır. Burada virusa yoluxmanın 1 844 halı aşkar edildi.

Virusun yayılmasından bu günə qədər İtaliyada koronavirusun 372 799 halı qeydə alınıb, 36 289 insan vəfat edib.