İtaliyada son 24 saat ərzində koronavirusun 24 991 halı aşkar edildi, 205 insan vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusun 24 991 halı aşkar edildi, 205 insan vəfat etdi

İtaliyada son 24 saat ərzində koronavirusun rekord olaraq yüksək göstəricisi, 24 991 yeni halı qeydə alındı.

Bu barədə məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ötən bir gün ərzində İtaliyada virusdan 205 insan vəfat etdi.

Virusun yayılmasından bu günə qədər İtaliyada koronavirusun 589  766 halı qeydə alınıb, 37 905 insan vəfat edib.