İtaliyada son 24 saat ərzində koronavirusun 18 627 yeni halı aşkar edildi
İtaliyada son 24 saat ərzində koronavirusun 18 627 yeni halı aşkar edildi

İtaliyada son 24 saat ərzində koronavirusun 18 627 yeni halı aşkar edildi, 361 pasiyent vəfat etdi.

Müvafiq məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın yayılmasından bu günə qədər İtaliyada koronavirusun 2 276 491 təsdiq olunmuş halı qeydə alınıb, 78 755 insan vəfat edib. Ölüm halları göstəricilərilə ölkə Avropa qitəsində ikinci, dünyada isə, altıncı yerdədir.