İtaliyada son 24 saat ərzində koronavirusun 14 372 yeni halı aşkar edildi, 467 pasiyent vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusun 14 372 yeni halı aşkar edildi, 467 pasiyent vəfat etdi

İtaliyada son 24 saat ərzində koronavirusun 14 372 yeni halı aşkar edildi, 467 pasiyent vəfat etdi.

Müvafiq məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkə xəstəxanalarında 20 778 virusa yoluxan pasiyent müalicə olunur. Buradan 2 288 pasiyent intensiv terapiya şöbəsindədir.

Pandemiyanın yayılmasından bu günə qədər İtaliyada koronavirusun 2.5 milyon təsdiq olunmuş halı qeydə alınıb, 87 381 insan vəfat edib. Ölüm halları göstəriciləri ilə, ölkə dünyada altıncı yerdədir.