İtaliyada son 24 saat ərzində koronavirusun 14 078 yeni halı aşkar edildi, 521 insan vəfat etdi
İtaliyada son 24 saat ərzində koronavirusun 14 078 yeni halı aşkar edildi, 521 insan vəfat etdi

İtaliyada son 24 saat ərzində koronavirusun 14 078 yeni halı aşkar edildi, 521 pasiyent vəfat etdi.

Müvafiq məlumatı “Qardian” ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkə xəstəxanalarında 22 045 virusa yoluxan pasiyent müalicə olunur. Buradan 2 418 pasiyentin vəziyyəti ağırdır.

Pandemiyanın yayılmasından bu günə qədər İtaliyada koronavirusun 2 428 221 təsdiq olunmuş halı qeydə alınıb, 84 202 insan vəfat edib.