İtaliyada olan Gürcüstan vətəndaşında koronavirus müəyyən edildi
İtaliyada olan Gürcüstan vətəndaşında koronavirus müəyyən edildi

Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, iclasda Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani şura üzvlərinə məlumat çatdırdı ki, İtaliyada Gürcüstan Səfirliyinin qaynar xəttinə İtaliyanın Viturbo şəhərində yaşayan Gürcüstan vətəndaşı olan qadın zəng edərək yüksək temperatur və zəifliyinin qeyd olunduğunu bəyan etdi.

Gürcüstan Konsulluğu İtaliya Səhiyyə Nazirliyi ilə əlaqə saxladı və nəticədə vətəndaşı təcili tibbi xidməti Romanın klinikalarından birinə apardı. Gürcüstan vətəndaşına koronavirus üzrə test edildi və bu gün qəbul olunan cavab nəticəsində, qadında koronavirus təsdiq olundu. Qadın Roma xətəxanasında həkimlərin müşahidəsi altındadır. Onun saöğlamlıq durumu bu mərhələdə qənaətbəxşdir.