İtaliyada koronavirusdan vəfat edənlərin sayı 100 mini aşdı, bu isə, Avropada ən yüksək göstəricidir
İtaliyada koronavirusdan vəfat edənlərin sayı 100 mini aşdı, bu isə, Avropada ən yüksək göstəricidir

İtaliyada koronavirusdan vəfat edənlərin sayı 100 mini aşdı. Ötən bir gün ərzində ölkədə virusdan daha 314 pasiyent vəfat etdi. Nəticədə vəfat edənlərin sayı 100 003-ə çatdı, bu isə, Avropada ən yüksək göstəricidir. Məlumatı “Qardian” yayır.

Son bir gündə virusa 13 902 insan yoluxdu və virusa yoluxanların ümumi sayı üç milyondan artıqdır.

Ölkənin Səhiyyə nazirinin bəyan etdiyinə görə, əhalinin tam vaksinasiyası yazda planlaşdırılır.